Satınalmaya giriş




Satınalmaya giriş

Satınalma sahəsində yeni çalışmağa başlayan, başlamaq istəyən və ya özünü gələcəkdə bu sahədə görmək istəyənlər üçün hazırlanaraq TAM ÖDƏNİŞSİZ formada gələcəyin təhsil platforması hesab edilən və təlim-tədris üçün qabaqcıl imkanlara malik Udemy portalı vasitəsilə sizə təqdim olunan bu kursda satınalma nədir, satınalmaçı kimdir və tələb necə formalaşdırılır sualları cavablandırılaraq təməl satınalma prinsipləri, terminləri və prosedurlar barədə ətraflı məlumat verir.

Kurs aşağıdakı mövzular üzrə ümumilikdə 2 saatlıq slayd üzərindən səsləndirilmiş 3 video təqdimatdan ibarətdir:

  1. Satınalma nədir

  2. Satınalmaçı kimdir

  3. Tələbin formalaşdırılması

Kursa həm Udemy mobil tətbiqetməsindən, həm şəxsi kompüterdən istədiyiniz vaxt qoşularaq izləyə bilərsiniz. Kursa qoşulduğunuz zaman kurs vəsaitinə ömürlük giriş icazəsi əldə edirsiniz və istənilən vaxt qoşulub mövzuları təkrar dinləyə bilərsiniz.

Təlim kursu ehtiyacın yaranmasından sifarişin tamamlanmasına qədər satınalmaların təşkili və müqavilələrin idarə olunması proseslərinin və prinsiplərinin beynəlxalq praktika və dövlət satınalmaları perspektivindən, həmçinin hüquqi nöqteyi nəzərdən gündəlik istifadə üçün faydalı olacaq real-praktiki nümunələrlə və nəzəri məlumatlarla sadə dildə izah edildiyi 38 mövzudan ibarət olan 30 saatlıq "Satınalmaların təşkili və müqavilələrin idarə olunması" peşəkar təlim kursununun satınalma ilə bağlı giriş və təməl mövzulardan çıxarış edilərək hazırlanmışdır. Qeyd edim ki, satınalma sahəsinə yerli bazarda ciddi, həmçinin artan tələbat olduğu halda və bu tələbatı ödəyəcək kadrların çatışmazlığını nəzərə alaraq əldə etdiyim təhsil, davamlı mütaliə və qazandığım təcrübə nəticəsində öyrəndiklərimi bir yerə toplayaraq bir neçə aylıq gərgin əmək nəticəsində bu təlim kursu ərsəyə gətirmişəm.

? Bu sahəyə yeni başlamaq istəyənləri, xüsusilə tələbələri nəzərə alaraq tanıtım məqsədilə bu kursu ÖDƏNİŞSİZ etdik.

Satınalma nədir, satınalmaçı kimdir və tələb necə formalaşdırılır

Url: View Details

What you will learn
  • Əsas satınalma prinsipləri
  • Satınalma prosedurları
  • Satınalma mütəxəssisinin vəzifə və öhdəlikləri

Rating: 3.9

Level: Beginner Level

Duration: 2 hours

Instructor: Elshan Hasanov


Courses By:   0-9  A  B  C  D  E  F  G  H  I  J  K  L  M  N  O  P  Q  R  S  T  U  V  W  X  Y  Z 

About US

The display of third-party trademarks and trade names on this site does not necessarily indicate any affiliation or endorsement of coursescompany.com.


© 2021 coursescompany.com. All rights reserved.
View Sitemap