Microsoft Excel - A`dan Z`yə bütün menyular və 120+ funksiya




Microsoft Excel - A`dan Z`yə bütün menyular və 120+ funksiya

Müasir dövrdə biznes mühiti üçün demək olar ki, ən vacib proqram Exceldir. Bunu “Google”-da kiçik bir axtarış ilə görə bilərik. Vakansiyalar ilə bağlı məlumatları toplayıb sadə təhlil aparsaq görərik ki, 5 vakansiyadan 4-də sadə, orta və ya mürəkkəb səviyyədə Excel biliyi tələb olunur.

Excel istifadəçiləri adətən Excelin əsl gücünün müəyyən bir hissəsindən istifadə edirlər. Bu kurs ilə sizlər Exceli mürəkkəb səviyyədə öyrənəcək və Excelin əsl gücü ilə işləyərək, proseslərinizi dahada əyləncəli edəcəksiniz.

    Kurs zamanı aşağıdakıları öyrənəcəyik:

  • Exceli proqramını açdığımız zaman gördüyümüz 7 menyu (HOME, INSERT, PAGE LAYOUT, FORMULAS, DATA, REVIEW, VIEW) və
      onların daxilindəki bütün əmrlər

  • Logical formulas (Логические функции\Mantıksal işlevler)

  • Text formulas (Текстовые функции\Metin işlevleri)

  • Date & Time formulas (Даты и времени функции\ Tarih ve zaman işlevleri)

  • Math & Trig formulas (Математические функции\Matematik ve trigonometri işlevleri)

  • Lookup & Reference formulas (Cсылки и поиска функции\Arama ve başvuru işlevleri)

  • Statistical formulas (Статистические функции\İstatistiksel işlevler)

  • Information formulas (Информационные функции\Bilgi işlevleri) (Cəmi 120+ formula)

    Hər dərsin faylında bütün izah olunan funksiyaların rus və türk dilində qarşılığı qeyd olunub. Exceli bu iki dildə işlədənlər də rahat başa düşəcəklər hər bir funksiyanı.

Yüksək səviyyədə Excel biliyi olub, işsiz qalan demək olarki heç kim yoxdur. Bu kurs vasitəsilə öz “CV”-nizdə Excel biliklərinizi çox rahat şəkildə Yuxarı səviyyə qeyd edə bilərsiniz. Kurs istənilən peşə sahibləri üçün nəzərdə tutularaq qurulub.

Kurs vasitəsilə Microsoft tərəfindən təqdim edilən beynəlxalq Excel sertifikat imtahanlarına - Microsoft Office Specialist (MOS) MO-200 və Microsoft Office Specialist Expert (MOSE) MO-201 hazırlaşa bilərsiniz.

Etdiyimiz praktikalar ilə alqoritm qurmaq qabilliyətimizi təkmilləşdirəcək və istənilən tapşırıqlarda analitik düşünərək düzgün alqoritmi (ardıcıllığı) qura biləcəyik.

Təlim vasitəsilə şəxsi və peşəkar həyatınızda Excel ilə bağlı olan bütün sıxıntılarınıza son qoyaraq, Exceli mükəmməl səviyyədə öyrənəcəyik. Sizlərə təməl bilgilərdən başlayaraq, yuxarı səviyyə bilgilərə irəlilədikcə çox sayda praktika ilə asan bir öyrənmə fürsəti təqdim edirik. Kursu aldığınız təqdirdə ömrümüzün sonuna qədər kurs sizin olacaqdır. İstənilən vaxt daxil olub, qaldığımız yerdən davam etdirə bilərik.

Sonda qeyd etmək istərdim ki, buradan 7/24 mənə Excel ilə bağlı suallarınızı ünvanlaya bilərsiniz. Bu mənim üçün bir zövq olar. Suallarınızı ən qısa zamanda cavablamağa çalışaraq, ağlınızda olan bütün çətinliklərə birlikdə həll yolu tapacağıq.

Excel və onun dərinliklərini bol praktiki tapşırıqlar ilə öyrənin

Url: View Details

What you will learn
  • Azərbaycan dilində Exceli beynəlxalq sertifikat əldə edəcək səviyyədə bilgi
  • Excelin menyu və funksiyalarına tam hakim olmaq
  • Analitik düşünərək, öz Excel formullarımızı yazmaq

Rating: 4.9

Level: All Levels

Duration: 28.5 hours

Instructor: Rashad Gurbanov


Courses By:   0-9  A  B  C  D  E  F  G  H  I  J  K  L  M  N  O  P  Q  R  S  T  U  V  W  X  Y  Z 

About US

The display of third-party trademarks and trade names on this site does not necessarily indicate any affiliation or endorsement of coursescompany.com.


© 2021 coursescompany.com. All rights reserved.
View Sitemap